BANK

18 September
30

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104009748, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən fins.az-a verilən məlumatına görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 91,7846 AZN (9,0000%) və 94,3689 AZN (6,0000%) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94,1392 AZN (6,2599%), orta ölçülmüş qiyməti isə 94,1707 AZN (6,2242%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43 735 600 manat, yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2020-ci ilin sentyabrın 15-dir.

Hərrac iştirakçıları 18 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.