BANK

09 September
36

Sifariş qəbulu dayandırılır

Ən bahalı və lüks avtomobillərin sifarişi ilə diqqəti cəlb edən Fransanın “Bugatti” avtomobil şirkəti sifariş əsasında istehsalı dayandırır. Bunu şirkətin özəl sifarişlər bölməsinin başçısı Pyer Rommelfanger açıqlayıb.

O, bundan sonra istehsal olunacaq avtomobillərin yalnız şirkətin dizaynerlərinin layihələrinə əsasən hazırlanacağını bildirib. Rommelfanger bildirib ki, şirkətin nümayəndələri beynəlxalq avtosərgilərdə mütəmadi olaraq iştirak edir və “Bugatti” pərəstişkarlarının tələbatla bağlı fikirlərini öyrənirlər.

Məlumatı “Autocar” yayıb.