VAKANSİYA

15 Oktyabr
200

"ABA Logistics" MMC şirkəti vakansiya elan edir

"ABA Logistics" MMC şirkəti Kiçik mühasib (Junior accountant) vakansiyasını elan edir.

İş barədə məlumat:

- Mühasibat əməliyyatlarının müvafiq proqram üzrə işlənilməsi (1C Enterprise);
- Mühasibatlığa dair müvafiq sənədlərin hazırlanması;
- Gündəlik işlərin və baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi;

Namizədə tələblər:

- Microsoft Office proqramlarında işləmək bacarığı (Microsoft Excel tələbolunandır);
- 1C mühasibat proqramının 8.3 və 7.7 konfiqurasiyalarında işləmə bacarığı;
- Maliyyə təhlili və mühasibat uçotu sahəsində nəzəri biliklərin olması arzulolunandır;
- Komandada işləmə bacarığı.

Əmək haqqı: 400-600 AZN (net)
İş qrafiki: Həftədə 5 gün, saat 09:00-dan 18:00-dək,
istirahət günləri şənbə və bazardır.

Vakansiya ilə bağlı maraqlanan şəxslər CV-lərini accountant@abagroup.az mail adresinə "Junior accountant" başlığı ilə göndərə bilərlər.