VAKANSİYA

"Bank Respublika" işçi axtarır - VAKANSİYA
03 OKTYABR
1008

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

2019-10-03 16:27:00

Bank Respublika ASC “Telemarketinq üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Təqdim edilmiş müştəri bazası üzrə telefon zənglərinin edilməsi;
• Telefon vasitəsi ilə müştərinin biznesinin ilkin minimal analizi;
• Müştərilərə telefon vasitəsi ilə kredit məhsullarının təklif edilməsi və satış.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• Təcrübə: məlumat mərkəzi, telemarketinq və ya satış sahəsi üzrə ən azı 1 il;
• Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (əla);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı.
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşma.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 oktyabr 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Telemarketinq üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır