VAKANSİYA

AFB Bank bu vəzifə üzrə vakansiya elan edir
18 SENTYABR
764

AFB Bank bu vəzifə üzrə vakansiya elan edir

2019-09-18 13:00:00

AFB Bank Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə)vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Aparıcı mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:  

  •          Ali iqtisadi və ya maliyyə təhsili.;
  •          Qeyd olunan sahə üzrə ən az 1 il iş təcrübəsi;
  •          Dil bilikləri (ingilis,rus) arzu olunandır;
  •          Ofis proqramları (Microsoft word, Microsoft Excell) və SQL Proqramında işləmək bacarığı;
  •          Qanunvericilik, sənədləşmə, Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları üzrə biliklər;
  •          Ünsiyyətcil və Komandada işləmək bacarığı;
  •          Qərar vermə qabiliyyəti. 

İŞİN TƏSVİRİ:

  1. Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
  2. Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
  3. Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
  4. Bank daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
  5. Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  6. Stress testlərinkeçirilməsivəssenarianalizlərininaparılması;
  7. Əməliyyat risklərinin idarə edilməsi prosesindərisk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
  8. Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
  9. İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
  10. Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
  11. Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
  12. Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis qeydi edərək cv@afb.azelektron ünvanına göndərməyini xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır