VAKANSİYA

“NBCBank” işçi axtarır - VAKANSİYA
12 SENTYABR
1363

“NBCBank” işçi axtarır - VAKANSİYA

2019-09-12 15:29:00

“NBCBank” ASC

Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə

Email: hr@nbcbank.az

Telefon (012) 566 46 46

Problemli kreditlər üzrə mütəxəssis

Tələblər:

- Ali təhsil
- Bank sektorunda problemli kreditlərlə bağlı ən azı 1 illik iş təcrübəsi
- İnsanlarla ünsiyyət qurma bacarığı
- Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma
- Analitik qabiliyyət
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı
- MS Office proqramlarında işləmə bacarığı
- Sürücülük vəsiqəsi

Əsas iş funksiyaları:

- Gecikmədə olan kredit dosyelərinin təhlil olunması - Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
- Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi
- Gecikmədə olan müştərilərin ödənişlərinin nizamlanması ilə bağlı Kredit Komitəsinə müraciətlərin hazırlanması
- Problemlərin həll olunması vəziyyətindən asılı olaraq dosyelərin müvafiq struktur bölmələrinə təqdim edilməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır