VAKANSİYA

Nazirlik 250-520 manat maaşlar ilə 200-dən çox işçi axtarır
06 SENTYABR
3116

Nazirlik 250-520 manat maaşlar ilə 200-dən çox işçi axtarır

2019-09-06 11:38:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

Fins.az xəbər verir ki, nazirliyin saytında yerləşdirilən elana əsasən, aqronom, baytar həkimi, baytar feldşeri, laborant və traktorçu vakant yerləri üzrə işçiyə ehtiyac var. Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edə bilərlər.

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır