VAKANSİYA

"Embawood" işçi axtarır - VAKANSİYA
22 AVQUST
1578

"Embawood" işçi axtarır - VAKANSİYA

2019-08-22 17:00:00

"EmbawoodTexnika üzrə mühəndis vəzifəsinə işçi axtarır.

İş qrafiki :

İş yeri: 5 günlük / saat 09:00 – 18:00
Xırdalan, Azərbaycan

İşin təsviri :

• Gündəlik həll edilməsi tələb olunan texniki məsələləri təyin etmək;
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
• Avadanlıqlara baxış və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahı tutulmasında, tələb olunan mal və materialın miqdarının hesablanması və verilməsi;
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir;
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
• Görülən işlərin keyfiyyətinə nəzarət və iş tamamlandıqdan sonra görülən işi qəbul etmək,
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. İşi müvafiq briqadalar arasında bölür və şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərənlərə istiqamət verir.

Tələblər :

- Ali təhsil (Texniki sahə üzrə)
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi 
- Texnoloji proseslərin aparılması qaydasını bilməli 
- Texniki təhlükəsizlik qaydalarını bilməli

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Texnika üzrə mühəndis” qeyd edib bu ünvana göndərəsiniz :  career@embawood.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır