VAKANSİYA

"Baku Electronics" işçi axtarır - VAKANSİYA
19 AVQUST
1535

"Baku Electronics" işçi axtarır - VAKANSİYA

2019-08-19 13:04:00

Baku Electronics Mağaza koordinatoru (Bakı, Quba, Xaçmaz filialları) vəzifəsinə işçi axtarır.

Vəzifələr:

- Mağazanın gündəlik iş proseslərinə və mağazanın ümumi fəaliyyətinə tam nəzarəti həyata keçirmək.
- Əməliyyat, ödəniş və komunikassiya sistemlərinin fasiləsiz işinə nəzarət etmək.
- Mağaza heyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək, motivasiya etmək, komanda ruhunu qorumaq.
- Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək.
- Kampaniyaların icrasını təmin etmək məqsədi ilə kampaniya şərtləri ilə bağlı heyəti məlumatladırmaq.

Tələblər:

- Ali təhsil.
- MS Office (Word, Excel və s.) proqramları üzrə yaxşı biliklər.
- Elektronika satışı sahəsi üzrə iş təcrübəsi.
- Müştərilərlə işləmə bacarığı.
- Komandada işləmə bacarığı.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
"Mövzu" bölümündə müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır