VAKANSİYA

“Aztelekom” işçi axtarır - VAKANSİYA
14 AVQUST
1729

“Aztelekom” işçi axtarır - VAKANSİYA

2019-08-14 11:36:00

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. “Aztelekom” MMC hazırda baş ofisin İnsan Resursları Departamentinə Xidməti Fəaliyyətinin İdarəolunması üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Departament: İnsan Resursları.
Şöbə: İşə qəbul və kadrların inkişafı şöbəsi.
Vəzifə: Xidməti Fəaliyyətinin İdarəolunması üzrə Mütəxəssis

Xidməti Fəaliyyətinin İdarəolunması üzrə Mütəxəssis (XFİ) (Performans Menecment Mütəxəssisi – PMM)

Xidməti fəaliyyətin idarəolunması üzrə mütəxəssis Aztelekom MMC-də davam edən əməliyyatların dəstəklənməsi üçün məlumatlara əsaslanan, keyfiyyət təminatını, fəaliyyət tədbirlərini və proqramlarını inkişaf etdirmək, əlaqələndirmək və idarə etməkdir. XFİ mütəxssisi, performans inkişaf proqramları və performans qiymətləndirmə sistemi də daxil olmaqla, şirkət miqyasında PM (iş fəaliyyətinin idarəolunması) ilə əlaqədar geniş spektrli məsələləri icra edəcək.

Əsas vəzifə öhdəlikləri

1. XFİ aid proqram, strategiya, siyasət, prosedur, proses, təlimat və departamentlərin PM məsələlərinin inkişafı üçün vasitələrin hazırlanmasında, tərtibatında, saxlanmasında və icrasında kömək edir, habelə PM prosesi boyunca menecerlərə dəstək olur;
2. Performans qiymətləndirmənin nəticələrini, performans inkişaf planlarını, mükafatlandırma, tanınma, öyrənmə və inkişaf fəaliyyətlərinə yenidən baxılması ilə bağlı müraciətlərə cavabların verilməsi ilə əlaqədar nəticələrinin icrasını bütün departament rəhbərləri ilə əlaqələndirir;
3. Şirkət daxilində əsas fəaliyyət göstəricilərinin, karyera modelinin (həm idarəçi, həm də qeyri idarəçi vəzifələrin), habelə performans qiymətləndirmə sistemindəki səriştə və dəyərlərin inkişafı və icrasına nəzarət edərək töhfə vermək;
4. Performans qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik PM iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarını tərtib edir;
5. Menecerlər üçün hesabatların hazırlanması və təqdimatların keçirilməsi də daxil olmaqla heyətin performansla bağlı bütün məsələləri əlaqələndirmək və asanlaşdırmaq;
6. PM proseslərinə riayət olunmasını təmin etmək üçün departament müdirləri ilə əməkdaşlıq edir;
7. Müəyyən olunmuş məqsədlərə dəstək vermək üçün mövcud proqramları təhlil edir;
8. PM quruluşu ilə bağlı strateji tövsiyə və təlimatlar verir, vəzifə adlarını nəzərdən keçirir və vəzifə təlimatlarına daxil olanları müəyyənləşdirir;
9. Strateji biznes məqsədləri ilə əməkdaşların gündəlik faəliyyət və vəzifələri arasındakı əlaqəni yaratmaq və dəstəkləmək üçün departament müdirləri ilə sıx əlaqədə işləyir, fərdi, komanda və təşkilati fəaliyyəti dəstəkləmək üçün hədəfləri təyin edir, irəliləyişləri izləməklə yarım illik və il sonu qiymətləndirmə aparır;
10. Performans idarəetmə və təkmilləşdirmə təşəbbüslərini əlaqələndirir, şirkətin fəaliyyətinə uyğunlaşdırılmasını, proqramın səmərəliyini və effektivliyini təmin edir, habelə bütün bunların şirkətin fəaliyyətinə olan təsirini qiymətləndirir;
11. Məqsəd və vəzifələri özündə cəmləşdirən fəaliyyət modelinin yaradılmasına kömək edir. Hər bir departament üçün Əsas İcra Göstəricilərini (KPI) təyin etmək üçün beynəlxalq meyarlardan istifadə edir; Seçilən göstəricilərin kəmiyyət və keyfiyyət göstəriciləri arasında tarazlıq olduğunu təmin edir;
12. Vaxtında və dəqiq məlumat və performans təhlilini aparmaq üçün ƏİG-ləri (KPI), prosesləri və məlumat hesabat sistemlərini inkişaf etdirərək lazımi səviyyədə saxlanılmasını təmin edir;
13. KPI hesabat prosesini həyata keçirir və nəticələri departament rəhbərləri ilə əlaqələndirir;
14. Qeyri qənaətbəxş fəaliyyət səviyyəsini müəyyənləşdirmək üçün təhlil aparır, seçilmiş ƏİG-lərin (KPI) təhlilinə nəzarət edir məsələnin effektiv həllini hazırlayaraq menecerlərlə təqdim edir;
15. Yüksək keyfiyyətli KPI təhlilinin və hesabatların fərdi hissələrini hazırlayır, rəhbərlik və işçi auditoriyasına çatdırır.
Əsas ixtisas və tələblər
1. İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi və ya bu fənlərə uyğun bakalavr dərəcəsi;
2. İnsan resurslarının əmək fəaliyyətinin idarəolunması sahəsində ən azı 1 (bir) illik iş təcrübəsi (özəl sektorda olan iş təcrübəsi əlavə üstünlükdür);
3. İşgüzar Azərbaycan dilini mükəmməl səviyyədə (yazılı və şifahi) bilmək. İngilis dili əlavə üstünlükdür;
4. Word, Excel, PowerPoint, Outlook Express proqramlarını yüksək səviyyədə bilmək və peşəkarcasına istifadə etmək bacarığı;
5. İnsan Resurslarının İdarəolunması və ya İş Fəaliyyətinin İdarəolunması (PM) sahəsində müvafiq sertifikatlar əlavə üstünlükdür;
6. Karyera inkişafı və PM layihələrin hazırlanması, fəaliyyətlərinin qiymətləndirilməsi, sistemlərin, siyasətlərin və strategiyaların həyata keçirilməsi, qiymətləndirmə alətlərin idarə edilməsi və rəhbərliyə rəylərin verilməsində təcrübə; 
7. Məqsədlərə çatmağı dəstəkləyən strukturlaşdırılmış proseslərin, siyasətlərin və prosedurların hazırlanmasında təcrübə;
8. Şirkət çərçivəsində bütün səviyyələrdə fərqli təhsil və peşə sahibli insanlarla yaxşı, səmərəli, insani və peşəkar əlaqələr yaratmaq təcrübəsi (davamçıların yetişdirilməsi və karyeranın idarə olunması metod və proqramların hazırlanmasında iştirak və təcrübənin olması).

Bilik və bacarıqlar:

1. Minimum nəzarət altında planlaşdırma, təşkil etmək, əlaqələndirmək, çoxtərəfli və təzyiq altında prioritetləri müəyyən etmək bacarığı;
2. İşçilərin ehtiyaclarını nəzərə alan innovativ və biznes yönümlü həllər hazırlamaq təcrübəsinə malik olan analitik bacarıqlar;
3. Minimum istiqamətdə işləmək bacarığı ilə mühakimə və düşünmə qabiliyyət və bacarığına malik olmalı;
4. İnsanların idarəolunma nəzəriyyələri, prinsipləri haqqında məlumat və anlayışı olmalı, habelə ən yaxşı təcrübələr ətrafında başqalarına təlim vermək bacarığına malik olmalı;
5. Ümumi İR konsepsiyaları, nəzəriyyələr, qanunvericilik, təcrübələr və onların iş yerində tətbiqi biliklərinə malik olmalı;
6. İR siyasəti, təlimatlar, proseslər və prosedurlar, habelə qanunvericilik (əmək, kompensasiya və müavinət qanunvericiliyi) biliklərinə malik olmalı;
7. PM konsepsiyası, nəzəriyyəsi, PM yaxın olan təcrübələr, alətlər, səriştə modelləri və tətbiqləri, performans standartları və nəticələrin ölçülməsi barədə bilikləri olmalı;
8. Mövcud qaydalara düzəlişlərin edilməsini və / və ya PM ilə əlaqəli siyasətlər üçün yeni qaydaların hazırlanmasının vacibliyini qəbul etmək bacarığı;
9. Əsas iş funksiyalarının rolu və məsuliyyətlərini və iş məqsədlərinə çatmaq üçün bir-biri ilə necə əlaqəli olduğunu anlamaq qabiliyyəti.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən; 
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Performans Menecment Mütəxəssisi) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır