VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
09 AVQUST
1960

"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

2019-08-09 14:10:00

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Daxili nəzarət mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2-3 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-35

İşin Təsviri:

Risklərin qiymətləndirilməsi, maliyə hesablarının dəqiqliyini, etibarlığını və mühasibat uçotu məlumatları sistemlə düzgün tədbiqini nəzarətdə saxlamaq.

Vəzifə öhdəlikləri:

- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək; 
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək; 
- Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək.

Tələblər:

- Dəqiq və məsuliyyətli olmaq;
- Problemləri həll etmə bacarığı; 
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclər ilə qarşılanır;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257