VAKANSİYA

"Kapital Bank" işçi axtarır - VAKANSİYA
08 AVQUST
1647

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

2019-08-08 16:48:00

Kapital Bank namizədləri Təhlükəsizlik departamentinin Mühafizə-rejim və əməyin təhlükəsizliyi şöbəsinə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər :

• Proqram təminatı vasitəsilə nəzarət-buraxılış işinin təşkil edilməsi;
• Keçid kartları üzrə buraxılış hüquqlarının verilməsi;
• Bankın digər strukturlarından buraxılış məsələləri ilə bağlı daxil olan sorğuların cavablandırılması;
• Dövri hesabatların hazırlanması;
• Departamentin digər işlərində dəstək göstərilməsi;
• Məxfiçilik qaydalarına ciddi riayət olunması.

Tələblər :

• Ali təhsil;
• Təhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi (Bank təhlükəsizliyi sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir)
• Nəzarət-buraxılış sistemi proqram təminatlarında iş təcrübəsi (“WIN-PAK” və “Anviz” proqram təminatlarında iş təcrübəsi olanlara üstünlük veriləcəkdir).
• Excell proqram təminatında hesabatların hazırlanması bacarığı;
• Azərbaycan və rus dillərində sərbəst ünsiyyət (ingilis dili olanlara üstünlük veriləcəkdir)
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Məsuliyyətlilik , detallara qarşı diqqətlilik;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Mühafizə-rejim və əməyin təhlükəsizliyi şöbəsinə Mütəxəssis " qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257