VAKANSİYA

“Ziraat Bank Azərbaycan” işçi axtarır - VAKANSİYA
08 AVQUST
1175

“Ziraat Bank Azərbaycan” işçi axtarır - VAKANSİYA

2019-08-08 16:38:00

“Ziraat Bank Azərbaycan” ASC

Xəzinədarlıq və Maliyyə Müsəssisələri Departamenti üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Xarici ölkədə magistr təhsili almış və ya CFA1 sertifikatının olması müsbət qarşılanır;
• 3 il xəzinədarlıq və ya maliyyə sahəsində təcrübə;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
• Maliyyə bazarları barədə məlumatlı olmaq;
• Ünsiyyət qurma qabiliyyəti;
• Azərbaycan, rus və ingilis dili üzrə mükkəməl biliklər;
• Kompüter bilikləri (MS Office, Internet);

Əsas vəzifələr:

• Bankın gündəlik valyuta/effektiv məzənnələrini, qiymətli metallar və qiymətli kağızlar üzrə alış-satış qiymətlərini müəyyənləşdirmək və müvafiq strukturlara elan etmək;
• Likvidlik planlaşdırılması aparmaq, gündəlik likvidlik hesabatlarını hazırlamaq;
• Bankın təqdim etdiyi xidmətlər çərçivəsində yeni maliyyə institutları ilə əməkdaşlığı təmin etmək.

Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəzinədarlıq” qeyd edilməsi vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257