VAKANSİYA

AFB Bank işçi axtarır – VAKANSİYA
22 İYUL
1105

AFB Bank işçi axtarır – VAKANSİYA

2019-07-22 21:00:00

AFB Bank Korporativ Bankçılıq Strukturuna Korporativ kreditlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı və Sumaqayıt şəhərləri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil); 
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması; 
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarığı;
• Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı; 
• Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq, 
• Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili; 
• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi; 
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı; memorandum hazırlamaq, biznes təhlilini aparmaq.

Uyğun namizədlərdən CV-lərinin mövzu sətrində “korporativ kreditlər üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır