VAKANSİYA

"Kapital Bank" işçi axtarır – VAKANSİYA
22 İYUL
1247

"Kapital Bank" işçi axtarır – VAKANSİYA

2019-07-22 09:42:00

Kapital Bank namizədləri Daxili Audit departamentinin Baş auditor/Qrup rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Əsas vəzifə və öhdəliklər:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən həyata keçirilən audit layihələrinə rəhbərlik etmək;
  • Sahəvi, kompleks və tematik audit yoxlamalarının həyata keçirilməsi üzrə planı hazırlanmaq və həyata keçirmək;
  • Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırma ilə bağlı təkliflər vermək;
  • Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, analiz və şərh etmək, sənədləşdirmək;
  • Audit yoxlamasının bütün mərhələlərində Bankın idarəedici əməkdaşları ilə müsahibələr aparmaq;
  • Audit layihəsi zamanı təqdim olunan məlumatları icmallaşdırmaq və təhlil etmək, audit olunan sahənin daxili nəzarət sisteminin tamlığı və adekvatlığı barədə rəy formalaşdırmaq;
  • Audit layihələrinin həyata keçirilməsi zamanı daxili nəzarət sisteminin mühüm məqamlarını müəyyən etmək, çatışmazlıqların aşkar edilməsi üçün planlaşdırılmış audit prosedurlarını həyata keçirmək;
  • Audit yoxlamasında iştirak edən qrup üzvlərinin işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək;
  • Audit hesabatlarının hazırlanması və təqdimatını həyata keçirmək.

Əsas tələblər:

  • İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil və bank sahəsində 4 illik iş təcrübəsi; və ya
  • Digər ixtisas üzrə ali təhsil və bank sahəsində 6 illik iş təcrübəsi;
  • Müxtəlif peşə (ACCA, CİA, FRM, CFA, və s.) sertifikatlarına malik olmaq və ya mərhələ keçmək arzu olunandır.

Texniki bacarıqlar:

  • Bank qanunvericiliyi və fəaliyyəti barədə nəzəri və praktiki biliklər; 
  • Korporativ idarəetmə, risklərin idarəedilməsi və daxili nəzarət üzrə biliklər;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Analitik düşünmə qabiliyyəti, informasiyanın tənqidi təhlil etmə özəlliyi;
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik;
  • Məlumatların toplanması, təhlili və nəticələrin icmallaşdırılması;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (peşəkar səviyyədə) Microsoft Office və digər proqramlar;
  • Fikirlərin Azərbaycan dilində yazılı şəkildə aydın ifadə etmək və hesabat yazmaq qabiliyyəti

Şəxsi keyfiyyətlər:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması bacarıqları;
  • Şəxsi və peşəkar inkişaf yönümlülük;
  • Qərarvermə və problem həlletmə qabiliyyəti.

Üstünlüklər:

  • Təcrübəli və peşəkar komandada işləmək imkanı;
  • Rəqabətli əmək haqqı;
  • Sahə üzrə daxili və xarici təlimlərdə iştirak;

CV-lərinizi, mövzu hissəsində “Daxili Audit departamentinin Baş auditor/Qrup rəhbəri” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır