VAKANSİYA

"Xalq Bank" işçi axtarır - VAKANSİYA
19 İYUN
1554

"Xalq Bank" işçi axtarır - VAKANSİYA

2019-06-19 12:13:00

"Xalq Bank" Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsinə " işçi axtarır.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə və ya İqtisadiyyat sahəsində ali magistr təhsili;
• Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• MS Office proqramlarından (xüsusilə MS Excel) təkmil istifadə bacarığı;
• Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank təcrübəsi və beynəlxalq maliyyə ixtisaslaşması (məs. ACCA, CIMA) olan namizədlərə üstünlük veriləcəkdir.

İŞİN TƏSVİRİ:

• Təqdim edilən hesab fakturaların qəbulu, ödənilməsi və xərcə aid edilməsi;
• Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
• Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi;
• Rəhbərlik tərəfindən təsdiq edilməsi üçün illik icmal büdcənin hazırlanmasında iştirak;
• Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
• Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət;
• İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.

QEYD:

Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail:  cv@xalqbank.az 
Telefon:  (012) 404 43 39
Faks:      (012) 404 43 34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır