VAKANSİYA

"AccessBank" işçi axtarır - VAKANSİYA
13 İYUN
1699

"AccessBank" işçi axtarır - VAKANSİYA

2019-06-13 16:43:00

"AccessBank" FR&R Departamentinin Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır.

Tələblər:

- Ali hüquqi təhsili 
- 5 il hüquq sahəsində rəhbər vəzifədə iş təcrübəsi; 
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, icra və ipoteka haqqında qanunvericiliyi o cümlədən digər qanunvericilik aktları barədə ətraflı bilgilər; 
- Kompüter proqramlarında işləmə bacarığı; 
- Azərbaycan və rus dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı;
- Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, geniş perspektiv, məlumat əldəetmə, strateji düşünmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə bacarığı;
- Öz vaxtını effektli şəkildə idarə etməyi bacarmaq və vəzifənin icrasını dəqiq vaxtında bitirmək; 
- Hüquqi sənədləşməni tərtib etmə bacarıqları; 
- Düzgünlük, təşəbbüsçülük və etibatlılıq;
- Təzyiq altında işləmək və stres vəziyyətlərdə qərar qəbul etmək bacarığı

Vəzifələr:

- Departamnetdə hüquq bölməsinin fəaliyyətinin təşkili; 
- Departamentdə çalışan digər hüquqşünasların fəaliyyətinə nəzarət olunması; 
- Departamentin rəhbərliyi qarşısında hüquq şöbəsinin fəaliyyəti barədə hesabatların verilməsi; 
- Departamentin dövlət orqanları, yerli və xarici hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması; 
- Departamentdə hazırlanan hüquqi xarakterli sənədlərə rəy verilməsi, qanunvericiliyə uyğunluğunun yoxlanılması və tələb olunduqda bu sənədlərin hazırlanması; 
- Departamentə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanmasına nəzarət edilməsi; 
- Departamentin məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
- Hüquq Bölməsinin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi;
- Məhkəmə işlərinin nəticələrini öyrənmək və ümumiləşdirmək və məhkəmə qərarlarının icra praktikasını analiz etmək;
- Hüquqi risklərin qiymətləndirilməsi;

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır