VAKANSİYA

"Kontakt Home" Korporativ satışlar üzrə menecer vəzifəsinə işçi axtarır
13 İYUN
1577

"Kontakt Home" Korporativ satışlar üzrə menecer vəzifəsinə işçi axtarır

2019-06-13 19:32:00

"Kontakt Home" Korporativ satışlar üzrə menecer vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Yeni korporativ müştəriləri cəlb etmək,  müştəri bazasını genişləndirmək;
• Müştəri bazasının genişləndirilməsi məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
• İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını həyata keçirmək;
• Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqəni qurmaq və görüşləri təyin etmək;
• Danışıqlar aparmaq, təqdimatları keçirmək və təklifləri vermək;
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək və yeniləmək;
• Korporativ müştərilərlə iş səviyyəsini inkişaf etdirmək;
• Görülən işlər barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər:

• Korporativ satış sahəsində təcrübə - 3 ildən çox
• Azərbaycan və rus dillərini mükəmməl bilməli
• Ali təhsil
• Elektronika satışı sahəsində təcrübə arzu olunandır

Şəxsi keyfiyyətlər:

• İnsanlarlarla ünsiyyət və münasibət qurmaq bacarığı
• Liderlik keyfiyyətlərinə malik olmalı
• Məsuliyyətli və inkişafa meyilli olmalı
• Stresə davamlı olmalı

İş barədə məlumat

- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ satışlar üzrə menecer” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərmək xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır