VAKANSİYA

"Para BOKT" işçi axtarır - VAKANSİYA
15 MAY
1251

"Para BOKT" işçi axtarır - VAKANSİYA

2019-05-15 19:48:00

"Para BOKT" Monitorinq şöbəsinə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifəyə olan tələblər

• Ali İqtisadi təhsil  
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti
• Azərbaycan dili mükəmməl, Rus dili orta səviyyədən yüksək
• Bu sahədə iki illik təcrübəyə malik olması

Vəzifə öhdəlikləri:

- Gündəlik olaraq filialın problemli kreditlərinə ümumi baxış və iş planının tərtibi;
- Problemli kreditlərin kateqoriyalar üzrə təsnifləşdirilməsi;
- 90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə maliyyə təhlilinin aparılması, aşkarlanmış prosedurdan kənarlaşmalara dair yekun rəyin verilməsi, ödənişlərinin təmin edilməsi üçün kreditlərin daimi nəzarətaltında saxlanılması;
- 90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə zəng olunmalı müştərilərin siyahısının tərtib olunması və zənglərin olunması;
- 90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə bildirişlərin tərtibi və göndərilməsi;
- 90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə borcalanların, girovqoyanların və zaminlərin (əgər varsa) yaşayış, biznes, iş ünvanlarına müntəzəm olaraq vizitlərin edilməsi;
- Məhkəmə qərarlarının icra prosesinə yönləndirilməsi, lazımı sənədlərin toplanılması və işin sürətləndirilməsi üçün bütün lazımı tədbirlərin görülməsi;
- Məhkəmə icrası ilə bağlıişlərinaparılması (sorğuların verilməsi, ekspertiza, qiymətləndirmə, hərrac və s.), məhkəmə icraçıları ilə bütün mərhələlərdə işlərin aparılması üçün tədbirlərin görülməsi və kreditlərin ödənilməsi üçün zəruri olan bütün addımların atılması;
- Monitorinq şöbəsinin əsasnaməsinə əsasən planlı, növbədənkənar və verilmiş iri məbləğli kreditlərin monitorinqlərinin keçirilməsi, aktlaşdırılaraq Monitorinq şöbəsinə təqdim olunması;
- Monitorinq şöbəsinin əsasnaməsinə əsasən banka ərizə və şifahi qaydada daxil olmuş şikayətlərin araşdırılması və yekunununa dair rəhbərliyə məlumatların verilməsi (xidməti məlumat şəklində);
- Saxtakarlıq hallarının (fraud) müəyyən edilməsi və vaxtında şöbə və departament rəhbərliyinə məlumatın verilməsi;

CV-ləri Monitorinq şöbəsi mütəxəssis mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262