TENDER

Mərkəzi Bank işçilərini sığortaladır – TENDER
03 SENTYABR
177

Mərkəzi Bank işçilərini sığortaladır – TENDER

2019-09-03 09:26:00
  • Lot 1 Mərkəzi Bankın əməkdaşlarının tibbi sığortalanması
  • Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
  • İştirak haqqı:
  • Lot 1 :300 AZN
  • Hesab: AZ25NABZ01701190000000001944
  • VÖEN: 9900071001
  • Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • Kodu: 501004
  • M/H: AZ74NABZ01451700000000001944
  • S.W.İ.F.T: NABZAZ2C
  1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. Podratçının müəyyən etdiyi digər sənədlər.
  10. İddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti. 11. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd. 12. İddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olması barədə məlumat və sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubları. 13. Tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar. 14. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 21 dekabr 2018 tarixli, 556 nömrəli qərarı ilə müəyyən edilmiş bölgü meyarrlarına görə iri sahibkarlıq subyektlərinə aid olan sığorta şirkətləri bu elektron satınalmada iştirak edə bilməzlər.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 26.09.2019 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 02.10.2019 11:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 02.10.2019 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 

E-şərtlər toplusunu 03.09.2019 09:00 tarixindən sonra əldə edə bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır