TENDER

12 Aprel
16

"Azəriqaz”-dan TENDER

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti -SOCAR “Azəriqaz” İstehsalat Birliyi Şəmkir şəhərində yerləşən “Şəmkir Aqropark” MMC-nin qazlaşdırılması və Kürdəmir rayonu ərazisində yerləşən "Qlobal Aqro" MMC-yə məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün avadanlıq və mal-materialların tədarükçülərini seçir. Bu barədə İstehsalat Birliyinin elanında deyilir.

Seçim 7 lotdan ibarət açıq tender metodu ilə keçirilir:

1-ci lot – boruların satın alınması

2-ci lot - PE boruların satın alınması

3-cü lot - PE boru birləşmələrinin satın alınması

4-cü lot - boru birləşmələrinin satın alınması

5-ci lot - qapayıcı boru birləşmələrinin satın alınması

6-cı lot – avadanlıqların satınalınması

7-ci lot köməkçi materialların satın alınması.

Tenderdə 2-ci və 5-ci lotlar üzrə iştirak haqqı 236 manat, qalan lotlar üzrə 118 manatdır. Satınalma müqaviləsinin 2 ay müddətində yerinə yetirilməsi tələb olunur.

Şirkətlər təkliflərini 13 may saat 10:30-dək təqdim etməlidir. Tender proseduru həmin gün baş tutacaq.

Telefon: (99412) 521-00-00 (daxili 29108). Əlaqələndirici şəxs: Vaqif Rəhimov.