TENDER

Mətbəx ləvazimatlarının və yeməkxana avadanlıqlarının satınalınması üzrə TENDER
11 APREL
285

Mətbəx ləvazimatlarının və yeməkxana avadanlıqlarının satınalınması üzrə TENDER

2019-04-11 10:48:00

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tender elan edir.

  • lot 1 - Kiçik həcmli çörəkbişirmə sobaları
  • lot 2 - İri həcmli çörəkbişirmə sobaları
  • lot 3 - Elektrik mətbəx və digər avadanlıqlar
  • lot 4 - Elektrik və qaz plitəsi
  • lot 5 - Dərin dondurucular
  • lot 6 - İstehsalat masası və stellajlar
  • lot 7 - Səhra mətbəxləri
  • lot 8 - Elektron və mexaniki tərəzilər
  • lot 9 - Termoslar, su bidonları və qida tullantıları üçün baklar
  • lot 10 - Mətbəx ləvazimatları
  • lot 11 - Yemək dəsti
  • lot 12 - iri həcmli soyuducular
  • lot 13 - Qoşqulu və digər su çənləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Zərifə Əliyeva 30 (Əlaqələndirici şəxs : RÜSTƏM İMAMƏLİYEV ADİL OĞLU , telefon : 012 498 01 36) ünvanından ala bilərlər.

İştirak haqqı:
  • lot 1 - 150 AZN
  • lot 2 - 150 AZN
  • lot 3 - 150 AZN
  • lot 4 - 300 AZN
  • lot 5 - 160 AZN
  • lot 6 - 150 AZN
  • lot 7 - 160 AZN
  • lot 8 - 90 AZN
  • lot 9 - 160 AZN
  • lot 10 - 300 AZN
  • lot 11 - 450 AZN
  • lot 12 - 150 AZN
  • lot 13 - 150 AZN
Bank rekvizitləri:
  • Hesab: AZ19CTRE00000000000002388501
  • VÖEN: 1401555071
  • Bank: "Dövlət Xəzinədarlığı Agentliyi"
  • Kodu: 210005
  • M/H: AZ41NABZ01360100000000003944
  • S.W.İ.F.T: CTREAZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14.05.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22.05.2019 16:00 qədər Zərifə Əliyeva 30 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 23.05.2019 15:00 tarixində Zərifə Əliyeva 30 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır