TƏHSİL

Ali təhsil haqqında” Qanunda hansı sürprizlər olacaq? –Deputatdan müsbət proqnozlar
20 SENTYABR
550

Ali təhsil haqqında” Qanunda hansı sürprizlər olacaq? –Deputatdan müsbət proqnozlar

2019-09-20 16:21:00

“Aztəminatlı ailələrin təhsilhaqqından azad edilməsiylə bağlı ilk anonsu dövlət başçısı İlham Əliyev verib. Prezident eyni zamanda bildirib ki, bu kimi tendensiyalar davam edəcək və dövlət sifarişli yerlərin sayı yavaş-yavaş artırılacaq”

Fins.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı deputat Sona Əliyeva deyib. Onun sözlərinə görə, “Ali təhsil haqqında” Qanunun ilk layihəsi hələlik müzakirəyə çıxarılmayıb:

“Yaxın müddətdə qanuna əlavə ediləcək yeniliklərlə bağlı məlumatlar vərəcəyik. Layihənin üzərində iş gedir. Qanunla bağlı Təhsil Nazirliyinin və parlamentin  Elm və Təhsil Komitəsinin təklifləri var.

Qanuna müxtəlif yeniliklərin edilməsi nəzərdə tutulub. Yeniliklərin içərisində dövlət başçısının verdiyi qərar və sərəncamlar da yer alacaq. Bildiyiniz kimi, aztəminatlı ailələrə məxsus bir qrup tələbələrin  təhsilhaqqı Gənclər Fondu tərəfindən ödənilir. Dövlət sifarişli yerlərin sayı 50%-ə qədər artırılıb. Həmçinin I, II qrup əlilliyi olan şəxslər ali və orta ixtisas təhsili müəssisələrində ödənişdən azaddırlar”.

Sona Əliyeva qeyd edib ki, bu kimi yeniliklər qanunvericilikdə öz əksini tapacaq:

“Bu barədə müzakirə zamanı daha aydın şəkildə məlumat veriləcək. Aztəminatlı ailələrin təhsilhaqqından azad olunmasıyla bağlı ilk anonsu dövlət başçısı verib. Prezident eyni zamanda bildirib ki, bu kimi tendensiyalar davam edəcək və dövlət sifarişli yerlərin sayı yavaş-yavaş artırılacaq. Təbii ki, bu kimi məsələlər ölkənin iqtisadi resurslarından asılıdır.

İstənilən halda dövlət başçısı bunun anonsunu verib və tendensiyalar ildən-ilə inkişaf etməkdə davam edəcək. Ortaya qoyulan təkliflər, o cümlədən aztəminatlı ailələrin təhsilə əlçatlığının təmin edilməsi məsələsi də əsas gündəmdə olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır