TƏHSİL

2020-ci ildə dünyanın ən güclüləri olacaq universitetlər – REYTİNQ CƏDVƏLİ
20 SENTYABR
479

2020-ci ildə dünyanın ən güclüləri olacaq universitetlər – REYTİNQ CƏDVƏLİ

2019-09-20 16:18:00

2020-ci il üzrə dünya universitetlərinin  reytinq cədvəli açıqlanıb.

Fins.az Azedu.az-a istinadən xəbər verir ki, siyahıya 92 ölkədən, təxminən, 1400 universitet daxil edilib.

Bu universitetlərin siyahısı tədrisin keyfiyyəti, aparılan tətqiqat işləri, bilik mübadiləsi və digər vacib kriteriyalara görə ümumilikdə 13 kateqoriya olmaqla müəyyənləşdirilib.

Artıq 4-cü ildir ki, Oksford Universiteti siyahıda birinciliyi əldən vermir. Kembric Universitetigeriləyərək III yerdə qərarlaşsa da, Kaliforniya Texnologiya İnstitutu  II yerə yüksəlib.

Cədvələ əsasən ilk 10-luqda yer alan ali təhsil müəssisələrini təqdim edirik:

Oksford Universiteti, İngiltərə;

Kaliforniya Texnologiya İnstitutu, ABŞ;

Kembric Universiteti, İngiltərə;

Stendford Universiteti, ABŞ;

Massaçusets Texnologiya İnstitutu, ABŞ;

Prinston Universiteti, ABŞ;

Harvard Universiteti, ABŞ;

Yale Universiteti, ABŞ;

Çikaqo Universiteti, ABŞ;

London İmperial Kolleci.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır