TƏHSİL

Norveçdə oxumaq istəyənlər üçün zəruri bilgilər – Sərfəli şərtlər, təhsil haqları
12 SENTYABR
124

Norveçdə oxumaq istəyənlər üçün zəruri bilgilər – Sərfəli şərtlər, təhsil haqları

2019-09-12 15:15:00

Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Əcnəbi ölkələrdə təhsil almaq istər dünyagörüşün formalaşması, istərsə də təhsil və elm baxımından əhəmiyyətlidir.

Fins.az bu dəfə Norveçdə təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir:

Norveçdə məktəbəqədər təhsil könüllülük prinsipinə əsaslanır. İcbari təhsil isə 10 il davam edir və üç pillədən ibarətdir.

Norveçdə mövcud olan ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkənin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. Bu universitet dünyanın 50 ən yaxşı ali müəssisələri sırasındadır.

 Norveçdə ali təhsildə  üçillik bakalavriatura, ikiillik magistratura və üçillik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib. Ölkənin universitetlərində tədris ingilis və Norveç dilindədir.

Norveç universitetlərində ingilis dilində bakalavr proqramı azlıq təşkil edir. Bu ölkənin universitetlərində norveç dilində bakalavr proqramı daha çoxdur. Bakalavr səviyyəsində təhsil almaq istəyənlər üçün tələb olunan sənədlər bunlardır: IELTS 5.5, attestat göstəricilərinin yüksək olması, 1il Azərbaycanda bakalavr təhsili.

Magistr səviyyəsində təhsil almaq üçün tələb olunan sənədlər isə bunlardır: bakalavr diplomu, IELTS 6.5, maliyyə imkanları, tövsiyə məktubu(referans)

Norveç dövlət universitetlərində semestr haqqı 30 – 80 avro arasında dəyişir.
Norveçin özəl ali təhsil müəssisələrində isə təhsilhaqqı ortalama 8.000 – 21.000 avrodur. Yaşayış xərcləri  isə illik ortalama qiymət 7.000 avro təşkil edir.

Qeyd edək ki, Norveçdə Avropa Kredit Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər vasitəsi ilə aparılır (A-əla, E-keçid, F-qeyri-kafi).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır