TƏHSİL

Ceyhun Bayramov Şamaxıda sakinlərlə görüşəcək
12 SENTYABR
95

Ceyhun Bayramov Şamaxıda sakinlərlə görüşəcək

2019-09-12 15:09:00

Təhsil nazirinin müavini Firudin Qurbanov sentyabrın 20-də saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində bu ay üçün respublikamızın şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək.

Qəbulda qeyd edilən rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil Nazirliyindən bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 12-dən 18-dək (saat 18.00-dək) Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır