TƏHSİL

Peşə təhsili müəssisələrinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb
11 SENTYABR
72

Peşə təhsili müəssisələrinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb

2019-09-11 11:43:00

Bu gündən peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayır.

Təhsil Nazirliyindən Fins.az-a verilən məlumata görə, vətəndaşlar 18 nömrəli Bakı Peşə liseyində ( ünvan: Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A ) təşkil ediləcək Apelyasiya Komissiyasına 11-13 sentyabr tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib. Müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslərin qəbul olunduqları peşə təhsili müəssisələrinə qeydiyyatı bu gün başa çatır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır