TƏHSİL

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir
10 SENTYABR
71

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir

2019-09-10 15:57:00

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodik vəsaitlərlə təmin edilir.

Təhsil Nazirliyindən bildirilib ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün də ödəniş tələb olunmur. Məktəblərin seçimi zamanı valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.

Qeyd edək ki, qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (https://mektebeqebul.edu.az/az/) və ya şəhər və rayonlar üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş alternativ qeydiyyat mərkəzlərində aparıla bilər. Ərizələrin onlayn qeydiyyatı sentyabrın 25-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır