TƏHSİL

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatdı
20 AVQUST
192

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatdı

2019-08-20 12:13:00

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Fins.az-a verilən məlumata görə, abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarla yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə biliblər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün qeyd olunan vaxta qədər qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq ediblər. 

Qeyd edək ki, ixtisas seçimi avqustun 15-dən 19-dək aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır