BİZNES

09 Avqust
23

Dünyanın ən yaxşı 2000 universiteti arasında Azərbaycan universitetləri var? – SİYAHI

Dünya Universitetləri Reytinqi Mərkəzi (“Center for World University Rankings”) 2019-2020-ci tədris ili üçün dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb.

Xarici mətbuata istinadən xəbər verir ki, 2000 universitetin yer aldığı siyahıda ilk onluqda müvafiq olaraq Harvard Universiteti, Massaçusets Texnologiya Universiteti, Stenford Universiteti (ABŞ), Kembric Universiteti, Oksford Universiteti (Böyük Britaniya), Kolumbiya Universiteti, Prinston Universiteti, Berkli Kaliforniya Universiteti, Pensilvaniya Universiteti, Çikaqo Universiteti (ABŞ) qərarlaşıb.
Qeyd edək ki, mərkəzin siyahısına universitetlər təhsil səviyyəsi, məzunların işlə təmin olunma faizi, müəllim heyətinin keyfiyyəti və universitetlərin elmi fəaliyyət göstəricilərinə görə daxil olurlar.
Xatırladaq ki, dünyanın 99 ölkəsinə aid 20 min ali təhsil ocağı arasından seçilmiş 2000 universitetin yer aldığı siyahıda Azərbaycanda olan universitetlərdən heç biri yer almayıb.

© Banker