TƏHSİL

Aztəminatlı ailələrin övladlarına məktəbli forması pulsuz veriləcək
22 İYUL
157

Aztəminatlı ailələrin övladlarına məktəbli forması pulsuz veriləcək

2019-07-22 17:19:00

Təhsil Nazirliyi aztəminatlı ailələrin övladları, internatlarda təhsil alan uşaqlar üçün 10 min məktəbli forması sifariş edib.

Fins.az xəbər verir ki, bu barədə məlumatı “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib.
E.Əzimov bildirib ki, nazirliyin məqsədi aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqların təhsilinə dəstək olmaqdır: 

Təhsil Nazirliyi

“Təhsil Nazirliyi hər il bu nəcib təşəbbüsü davam etdirir. Bu il də nazirlik 10 min məktəbli formasının alınaraq aztəminatlı ailələrdə və internatda böyüyən uşaqlara verilməsi üçün bizə müraciət edib. Məktəbli forması Təhsil Nazirliyinin hesabına alınaraq uşaqlara paylanacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır