TƏHSİL

Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına dəyişiklik edilib
19 İYUL
627

Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına dəyişiklik edilib

2019-07-19 18:11:00

Prezident İlham Əliyev “ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında”, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” sərəncamında dəyişikliklər edilməsi barədə fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fins.az xəbər verir ki, bu, ADA Universitetinə, Bakı Mühəndislik Universitetinə, Bakı Xoreoqrafiya Akademiyasına qəbul qaydalarına dəyişikliklə bağlıdır.

Belə ki, bu ali təhsil müəssisələrinə qəbul həm də Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır