TƏHSİL

Nazirlik: Ehtiyat dərsliklərin siyahısı genişləndiriləcək
12 İYUL
90

Nazirlik: Ehtiyat dərsliklərin siyahısı genişləndiriləcək

2019-07-12 18:31:00

“Müasir tələblərə cavab verən dərsliklərin hazırlanması məqsədilə Nazirlər Kabinetinin 24.10.2016-cı il tarixli sərəncamına uyğun olaraq Təhsil İnstitutunda yaradılan Tədris Resursları Mərkəzində baza (ehtiyat) dərsliklərin hazırlanmasına başlanılıb. Artıq həmin Mərkəz tərəfindən ümumtəhsil müəssisələrinin 1-ci sinifləri üçün “Azərbaycan dili (tədris dili)” və “Riyaziyyat” fənləri üzrə yeni baza (ehtiyat) dərsliklər hazırlanıb ki, bu dərsliklər 2018/2019-cu tədris ilindən başlayaraq seçilmiş 100 məktəbin pilot siniflərinin sınaq istifadəsinə verilib.

Bu barədə Təhsil Nazirliyindən  bildirilib.

Məlumatda qeyd edilir ki, sınaq istifadə qarşıdan gələn 2019/2020-ci tədris ilində də davam etdiriləcək: “Daha sonra nəticələr mütəxəssislər tərəfindən təhlil ediləcək və dərsliklər üzərində müvafiq təkmilləşdirmələr aparıldıqdan sonra onlar kütləvi istifadəyə veriləcək. Göründüyü kimi, proses hələ ki, ümumtəhsil müəssisələrinin 1-ci siniflərini yalnız 2 fənn üzrə əhatə edir. Növbəti illərdə bu dərsliklərin siyahısı genişləndiriləcək və ardıcıl olaraq digər təhsil dövrləri üçün yuxarıda təsvir edilən analoji prosedurlardan keçiriləcək”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271