STATİSTİKA

Bu il lənkəranlı məzunlardan 592 nəfər ali məktəblərə qəbul olub
30 AVQUST
241

Bu il lənkəranlı məzunlardan 592 nəfər ali məktəblərə qəbul olub

2019-08-30 15:28:00

Lənkəran rayonunda 2018/2019-cu tədris ilində ümumi orta təhsil üzrə 2355, tam orta təhsil üzrə 1528 məzun attestat alıb. XI və IX siniflərin hər ikisində 12 məzun fərqlənmə attestatına layiq görülüb. Məzunlardan 1 nəfərinə qızıl, 1 nəfərinə isə gümüş medal təqdim edilib.

Bu barədə Lənkəran Şəhər Təhsil Şöbəsi müdirinin müavini Güloğlan Bağırov məlumat verib.

Bu il ölkəmizin ali məktəblərinə daxil olmaq üçün Dövlət İmtahan Mərkəzinə 1126 məzunun sənəd verdiyini vurğulayan G.Bağırov, onlardan 991 nəfərinin builki məzunlar olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, bu il lənkəranlı məzunlardan 592 nəfər ali, 210 nəfər isə orta-ixtisas məktəblərinə daxil olub. Onlardan 20 nəfəri 600-dən, 87 nəfəri 500-dən yuxarı bal toplayıb.

Orta məktəbi qızıl medalla bitirmiş rayonun Hirkan qəsəbə tam orta məktəbin məzunu Aşur Cəbiyev 626 balla Azərbaycan İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə, gümüş medalın sahibi, Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin məzunu Ülvi Həsənli 622,3 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

Məzunlardan 10 nəfər xüsusi təyinatlı ali məktəblərdə təhsillərini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır