STATİSTİKA

5 tona yaxın narkotik məhv edilib
07 AVQUST
245

5 tona yaxın narkotik məhv edilib

2019-08-07 11:07:00

Müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 2013-2018-ci illər ərzində 2129 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 672 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr, o cümlədən 25 min 402 çətənə kolu aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Fins.az xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair ölkə məruzəsi”ndə qeyd olunub.

Həmin narkotik vasitələr Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Dövlət Komissiyasının müvafiq Sərəncamının tələblərinə uyğun olaraq, İşçi qrupunun təşkilatçılığı ilə məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257