STATİSTİKA

İyul ayı ərzində AQTA-ya 1632 müraciət daxil olub
05 AVQUST
279

İyul ayı ərzində AQTA-ya 1632 müraciət daxil olub

2019-08-05 15:10:00

İyul ayı ərzində AQTA-ya 1632 müraciət daxil olub

Fins.az xəbər verir ki, 2019-cu ilin iyul ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub. Daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı Agentliyə 41 müraciət daxil olsa da, onlardan yalnız 14-ü öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır