STATİSTİKA

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum oldu
05 AVQUST
79

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum oldu

2019-08-05 11:24:00

Bakıda 2019-cu ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 2 milyard 485,5 milyon manat olub.

Fins.a-zın məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 938,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 78,0 faizini təşkil edib.

Hesabat dövründə iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,4 faiz artaraq 478,1 milyon manat olub. Dövriyyənin 44,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyun aylarına nisbətən 2,9 faiz azalaraq 211,6 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257