STATİSTİKA

Bakıda əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyir
02 AVQUST
117

Bakıda əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyir

2019-08-02 11:05:00

2019-cu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,0 faiz artaraq 9 milyard 987,0 milyon manat olub.

Finsaz-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 4 milyard 617,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 5 milyard 369,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257