STATİSTİKA

Xaricilərin otellərdə qalma sayı artıb
26 İYUL
250

Xaricilərin otellərdə qalma sayı artıb

2019-07-26 15:08:00

2019-cu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 327,5 min gecələmə keçirilib.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. Gecələmələrin 63,3%-i Bakıda, 8,7%-i Qəbələdə, 4%-i Naftalanda, 3,9%-i Qubada, 3,8%-i Qusarda, 3,4%-i Naxçıvan Muxtar Respublikasında, 1,6%-i Xaçmazda, 1,3%-i Mingəçevirdə, hər birində 0,9% olmaqla Qax və Gəncədə, 8,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2% artaraq 954,2 min olub ki, bu da ümumi gecələmələrin 71,9%-ni təşkil edir. Gecələmələrin 12,9%-i Birləşmiş Ərəb Əmirlikləri, 12,2%-i Rusiya Federasiyası, 8,7%-i Səudiyyə Ərəbistanı, 5,9%-i Hindistan, 5,6%-i İsrail, 5,4%-i Türkiyə, 5%-i İran, 3,8%-i Böyük Britaniya, 3,3%-i Küveyt, 2,1%-i ABŞ, 2%-i Pakistan, 1,9%-i Qətər, hər biri üzrə 1,5% olmaqla Qazaxıstan və İraq, 1,3%-i Çin, 1,2%-i Almaniya, 25,7%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,6%-i Bakı şəhərində, 7,9%-i Qəbələdə, hər birində 3,4% olmaqla Naxçıvan Muxtar Respublikasında və Naftalan şəhərində, 3% Qubada, 2,1%-i Qusarda, 2,6%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5% artaraq 373,3 minə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257