STATİSTİKA

Azərbaycan tütün ixracını 31%-ə qədər artırıb
26 İYUL
344

Azərbaycan tütün ixracını 31%-ə qədər artırıb

2019-07-26 17:45:00

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 51 320,37 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, bu, 2018-cı ilin eyni dövrü ilə müqayisədə 8 816,39 min dollar və yaxud 14,66% azdır.

Bu ilin ilk yarısında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,73%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 7 233,43 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 1 705,36 min dollar və yaxud 30,81% çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,06%-nə bərabər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257