STATİSTİKA

Bu il paytaxtda əsas kapitala 1,3 mlrd. manata yaxın vəsait yönəldilib
03 APREL
236

Bu il paytaxtda əsas kapitala 1,3 mlrd. manata yaxın vəsait yönəldilib

2019-04-03 16:06:00

Bu ilin yanvar-fevral aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 295 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,8% az vəsait yönəldilib.

Fins.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ümumi sərmayənin 51,5%-i dövlət, 48,5%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 59,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Bu ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,3%-ni tikinti, yenidənqurma və genişləndirmə, 8,6%-ni əsaslı təmir, 6%-ni cari təmir, 20,1%-ni isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 83,8%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır