STATİSTİKA

Azərbaycan paytaxtında ticarət dövriyyəsi 3,5% artıb
03 APREL
242

Azərbaycan paytaxtında ticarət dövriyyəsi 3,5% artıb

2019-04-03 14:43:00

Bu ilin yanvar ayında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar ayı ilə müqayisədə 3,5% artaraq 1 557,7 mln. manat təşkil edib.

Fins.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% artaraq 720,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 837,1 mln. manata bərabər olub.

Hesabat ayında istehlak məhsullarının 27,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 58%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,7%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Cari ilin yanvar ayında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 2,9 mln. manatlıq və ya 2018-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,4% az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır