STATİSTİKA

Paytaxtda əsas kapitala yönəldilən vəsait 13%-dən çox azalıb
27 DEKABR 2018
323

Paytaxtda əsas kapitala yönəldilən vəsait 13%-dən çox azalıb

2018-12-27 09:26:00

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11031,6 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,5% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, ümumi sərmayənin 57,4%-i dövlət, 42,6%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

11 ay ərzində Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,7%-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,1%-ni əsaslı təmir, 4,5%-ni cari təmir, 19,7%-ni isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 81,7%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027