STATİSTİKA

“Günay Sığorta” ötən ili zərərlə başa vurub – MÜHASİBAT BALANSI
06 APREL 2016
1293

“Günay Sığorta” ötən ili zərərlə başa vurub – MÜHASİBAT BALANSI

2016-04-06 15:23:00

“Günay Sığorta” şirkəti mühasibat balansını açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, il ərzində gəlirlərin cəmi 248 646 manat olub. Əsas əməliyyat gəlirləri 167 570 manat, xalis sığorta ehtiyatlarının dəyişməsi  12 743 manat, investisiya gəlirləri 64 094 manat, subroqasiya gəlirləri isə 4238 manat olub. Xərclərlə bağlı rəqəmlər “Günay sığorta”nın 2015-ci ili zərərlə başa vurduğunu deməyə əsas verir. Belə ki, şirkətin xərclərinin cəmi 298 479 manat olub. Bunun 165 528 manatı əsas əməliyyat xərcləri, 132 951 manatı isə işlərin aparılması xərcləri təşkil edib. Nəticədə sığorta şirkəti  ötən ili 49 832 manat zərərlə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır