SOSİUM

Nazirlik xüsusi şərtlərlə pensiya təyinatınında avtomatlaşdırılması istiqamətində işlərə başlayıb
09 OKTYABR
132

Nazirlik xüsusi şərtlərlə pensiya təyinatınında avtomatlaşdırılması istiqamətində işlərə başlayıb

2019-10-09 12:16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sahələri üzrə elektron əsaslar üzərində proaktiv yönümlü xidmətlərin tətbiqi işlərinin əhatə dairəsi daha da genişləndirilir.

Bu işlər çərçivəsindənazirlik xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılmasıistiqamətində işlərə başlayıb.

E-sistem işə salınandan sonra xüsusi şərtlərləpensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, e-qaydada reallaşdırılacaq.

Ölkəmizdə cari ilin əvvəlindən ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb. Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vətəndaşa pensiya hüququ yarandığı gündə  e-qaydada pensiya təyin edilməsinə, bu sahədə məmur-vətəndaş təması olmadan, tam şəffaf xidmətin həyata keçirilməsinə imkan verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır