SOSİUM

Gürcüstanın baş naziri sabah Azərbaycana gələcək
08 OKTYABR
86

Gürcüstanın baş naziri sabah Azərbaycana gələcək

2019-10-08 16:48:00

Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək.

Fins.az xəbər verir ki, Azərbaycana səfər G.Qaxarianın baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.

Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, G.Qaxarianın baş nazir kimi ilk səfərləri qonşu ölkələrə olacaq: "Baş nazir ilk olaraq Gürcüstan üçün xarici siyasət və ticari-iqtisadi sahələrdə böyük əhəmiyyət kəsb edən tərəfdaş ölkələrə səfər edəcək".

Azərbaycandan sonra hökumət başçısının Ermənistan, daha sonra isə Türkiyəyə səfərləri planlaşdırılıb.

Qeyd edək ki, G.Qaxaria bu ilin sentyabrın 8-də qonşu ölkənin baş naziri təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır