SOSİUM

Bu ərazilərdə QAZ OLMAYACAQ – XƏBƏRDARLIQ
18 SENTYABR
138

Bu ərazilərdə QAZ OLMAYACAQ – XƏBƏRDARLIQ

2019-09-18 09:41:00

Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 18-də saat 09:00-dan 18:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bundan başqa, bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində, kanalizasiya kollektorunun çökməsi ilə bağlı təhlükəsiz əraziyə köçürülmüş qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədi ilə Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov, M.Davud küçələrində də qaz fasilələrlə veriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır