SOSİUM

Naxçıvanda valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb
11 SENTYABR
74

Naxçıvanda valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb

2019-09-11 13:25:00

Hazırda Naxçıvan Muxtar Respublikası əhalisinin 35,79 faizini uşaqlar təşkil edir.

Fins.az-ın məlumatına görə, bu barədə muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib.

Komitə sədri qeyd edib ki, bunlardan 113-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1847-si sağlamlıq imkanları məhdud uşaqlardır.

Cari ildə muxtar respublikasa 1515 uşaq ali təhsil müəssisələrinə qəbul olub ki, bunlardan 18-i sağlamlıq imkanları məhdud, 4-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu il qəbul imtahanlarında 281 uşaq 500-700 arası bal toplayıb. Bunlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu il orta ixtisas təhsili müəssisələrinə qəbul olanlardan 5-i isə bu kateqoriyadan olan uşaqlardır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır