SOSİUM

Vergilər naziri vətəndaşları qəbul edəcək
19 AVQUST
117

Vergilər naziri vətəndaşları qəbul edəcək

2019-08-19 16:49:00

Vergilər naziri Mikayıl Cabbarov 23 avqust 2019-cu il tarixində Quba şəhərində fəaliyyət göstərən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Quba şəhəri, Yeni Körpü, 1) Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edəcək.Bu barədə fins.az-a Nazirlikdən məlumat verilib. Məlumatda bidirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar 20-22 avqust 2019-cu il tarixlərində 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qusar, Xaçmaz və Şabran rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.azelektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır