SOSİUM

20 avqustda gözlənilən hava şəraiti
19 AVQUST
107

20 avqustda gözlənilən hava şəraiti

2019-08-19 13:06:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Avqustun 20-də havanın əsasən günəşli keçəcəyi gözlənilir.Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 32-37, Bakıda gecə 21-23, gündüz 35-37 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Avqustun 20-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır